cümə 1 may 2026 - 15:53
Niyə “Ramazan ayında baş vermiş müharibə” beynəlxalq dəyişikliklərdə dönüş nöqtəsidir? / Müharibə şəraitində beynəlxalq təbliğatçıların əsas fəaliyyət istiqamətləri

Hövzə / Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini “Ramazan ayında baş vermiş müharibə”ni təkcə regional qarşıdurma deyil, həm də tarixi dönüş nöqtəsi və qlobal dəyişikliklərin böyük mərhələsi kimi qiymətləndirərək bildirib ki, bu proses əvvəlki nizamı sınağa çəkərək köhnə doktrinaları arxada qoyub və ağıllı balansın yeni mərhələsini müqavimət cəbhəsinin xeyrinə formalaşdırıb.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari, Qum şəhərində Məsumiyyə mədrəsəsində “Ramazan ayında baş vermiş müharibə”də müxtəlif aspektlərinin müzakirəsinə həsr olunan beynəlxalq təbliğatçıların onlayn mühitdəki fəaliyyətinə dair keçirilən iclasda bildirib ki, son beynəlxalq hadisələr tarixi dönüş nöqtəsi və sivilizasiya baxımından mühüm bir mərhələdir.

“Ramazan ayında baş vermiş müharibədə” yeni dünya nizamının başlanğıcı

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari vurğulayıb ki, son hadisələr sadəcə məhdud hərbi qarşıdurma deyil. “Biz hazırda strateji bir dönüşün ortasındayıq. Şəhid Ayətullah Seyid Əli Xameneinin müəyyən etdiyi hövzənin beş əsas kimlik elementi prizmasından baxdıqda, hövzə bir sivilizasiya qurucu institut kimi hegemon sistemə qarşı mübarizənin ön cəbhəsində dayanır.”

O əlavə edib ki, bu hadisələr hegemon sistemin dayaqlarının zəiflədiyini göstərir. “Regionda ABŞ-dan tam təhlükəsizlik asılılığı mərhələsindən ‘ağıllı balans’ və sionist siyasətlərdən uzaqlaşma mərhələsinə keçmişik. Müqavimət cəbhəsi də müdafiə xarakterli çəkindirmə mərhələsindən çıxaraq müəyyənedici və hücum xarakterli gücə çevrilib və sionist rejimi ‘məğlubedilməzlik’ mifindən ‘mövcudluq böhranı və geri dönməz tənəzzül’ mərhələsinə sürükləyib.”

Dünyada “gizli kiber ordu”nun meydana çıxması

Beynəlxalq məsələlər üzrə müavin Höccətül-İslam vəl-müslimin Kuhsari beynəlxalq arenada yaranan yeni imkanlara toxunaraq bildirib: Bu müharibənin bərəkətlərindən biri də əvvəllər görünməyən yeni potensialların üzə çıxmasıdır. Biz yeni formalaşan bir ‘kiber ordu’ ilə qarşı-qarşıyayıq. Bu  müxtəlif millətlərdən olan, şiə olmayan, hətta dini inanci fərqli olan şəxslər belə haqqın doğruluğunu dərk edərək müqavimət cəbhəsinin yanında yer alıblar. Bu, coğrafi və dini sərhədləri aşan ilahi bir hadisədir.

Media strategiyasında dəyişiklik: Rəsmi şəbəkələrdən insan şəbəkələrinə

Hüseyni Kuhsari fəaliyyət üsullarının dəyişdirilməsinin vacibliyini vurğulayıb: Mövcud media müharibəsi şəraitində, Qərb platformalarının məhdudiyyətləri və məqsədli alqoritmləri səbəbilə rəsmi şəbəkələrdə fəaliyyət çətinləşib. Buna görə də ən təsirli vasitə ‘fərdi əlaqələr və insan şəbəkələri’dir.

O əlavə edib: Robotlar tərəfindən idarə olunan və ya diqqətdən kənarda qalan ümumi paylaşımlara güvənmək əvəzinə, konkret şəxslərlə birbaşa ünsiyyət qurmaq lazımdır. Haqqın səsini bir nəfərə çatdırıb onu inandırmaq, minlərlə saxta və idarə olunan baxışdan daha təsirlidir.

Müharibə şəraitində beynəlxalq təbliğatçıların əsas fəaliyyət istiqamətləri

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini beynəlxalq təbliğatçıların bu həssas dövrdə strateji prioritetlərini belə sıralayıb:

1) Qərb ictimai rəyinin hədəflənməsi: ABŞ və Avropa cəmiyyətlərinə fokuslanaraq, onların öz hökumətlərinə müharibənin dayandırılması üçün təzyiq göstərməsi və sionist rejim üçün xərclərin artırılması.

2) Güc və birlik narrativi: İran İslam Respublikasının və müqavimət cəbhəsinin hərbi və diplomatik sahələrdə birliyi və gücünün izahı.

3) Qərbin tənəzzülünün izahı: Qərb sivilizasiyasının “Titanik gəmi”si kimi məğlubiyyətə doğru getməsi və sionist rejimi dəstəkləyən axınların ifşası.

4) Hücum xarakterli cavab strategiyası: İranofobiya, şiəofobiya və Hörmüz boğazına müdaxilə ittihamları kimi iddialar qarşısında passiv mövqedən aktiv və iddialı mövqeyə keçid.

5) Vilayəti-fəqihin tanıdılması: dini rəhbərliyin teoloji mövqeyinin və dini hakimiyyət modelinin bəşəriyyət üçün çıxış yolu kimi izahı.

Ayıqlıq, təhlükəsizlik və biliklərin artırılması zərurəti

O, təbliğatçılara müraciət edərək bildirib ki, fəaliyyət təhlükəsizlik baxımından ayıq və düşünülmüş şəkildə aparılmalıdır. Süni intellekt kimi yeni vasitələrdən istifadə edərək məlumatların izlənməsi və kontent istehsalı, uğurlu təcrübələrin sənədləşdirilməsi və beynəlxalq biliklərin yenilənməsi mövcud mürəkkəb şəraitdə zəruri hesab olunur.

Qələbə zamanı istiğfarın rolu

Hüseyni Kuhsari çıxışının sonunda “Nəsr” və “Fəth” surələrinin Quran əsaslı təlimlərinə istinad edərək uğur zirvəsində təvazökarlıq və istiğfarın vacibliyini vurğulayaraq deyib: Biz öz vəzifəmizi yerinə yetiririk, lakin əldə olunan qələbələr ilahi yardımdır. Hər zaman Allahdan düzgün yol göstərməsini istəməli və mümkün nöqsanlarımızın bağışlanmasını diləməliyik. Görülən işlərlə kifayətlənməməli, əksinə, yeni dünya şəraitini anlayaraq daha böyük enerji ilə İslamın və inqilabın yüksəlişi yolunda addımlamalıyıq.


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha